Xəzərin Rusiya və Qazaxıstan akvatoriyası 75 ilə quruyacaq

30-08-2017, 17:20           
Xəzərin Rusiya və Qazaxıstan akvatoriyası 75 ilə quruyacaq
Hazırki qlobal istiləşmə davam edərsə, Xəzər dənizinin Rusiya akvatoriyası 75 ilə quruya bilər.

APA-nın “lenta.ru”ya istinadən verdiyi məlumata görə, bu barədə amerikalı, rusiyalı və fransalı ekspertlərin hazırladığı araşdırma materialında bildirilir.

“Geophysical Research Letters” jurnalında dərc olunan araşdırma materialında qeyd olunur ki, 1996-2015-ci illərdə Xəzər dənizində suyun səviyyəsi hər il 7 sm azalıb. Ümumilikdə bu müddət ərzində suyun səviyyəsi 1,4 metr düşüb.

Ekspertlər Xəzərdə suyun səviyyəsinin daha da düşəcəyi proqnozunu verirlər. Bu, daha çox Xəzərin Rusiya və Qazaxıstana düşən şimal hissəsində baş verəcək. İstiləşmənin bu templə davam edəcəyi təqdirdə, həmin ərazinin 75 ilə quruyacağı proqnozlaşdırılır.

Qurumaya səbəb kimi atmosferin üst təbəqəsində temperaturun artması göstərilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru