Təcili e-viza 50 dollara endirildi: Əcnəbilər 3 saata viza ala biləcəklər

31-08-2017, 10:49           
Təcili e-viza 50 dollara endirildi: Əcnəbilər 3 saata viza ala biləcəklər
Dünən qəribə bir hadisə baş verdi. evisa.gov.az portalının verdiyi məlumata görə, 30 avqust 2017-ci ildən etibarən təcili e-viza üçün dövlət rüsumu 70 ABŞ dolları müəyyən edilmişdi. Xəbəri saytımızda yenicə paylaşmışdıq ki, dövlət rüsumunun miqdarı dəyişdirildi. Yeni dəyişikliyə əsasən, rüsum 50 dollara endirildi.
Qeyd edək ki, mövcud qaydalara görə, əcnəbi və ya vətəndaşlığı olmayan şəxs Azərbaycan Respublikasına səfər etmək üçün elektron vizanın sürətləndirilmiş qaydada alınması ilə bağlı müraciət etdikdə, belə müraciətlərə “ASAN Viza” sistemi vasitəsilə 3 saat ərzində baxılması təmin olunacaq.

Mütəxəssislər qiymətlərin təcili endirilməsinin səbəbini ölkədə turizmi inkişaf etdirmək niyyətilə əsaslandırırlar. Xüsusilə Qurban bayramı ərəfəsində bu addımın atılması da təsadüfi deyil; İranda və Türkiyədə yaşayan və bayramı Azərbaycanda keçirmək istəyən soydaşlarımızın ziyarətlərini asanlaşdırmaq nəzərdə tutulur./ovqat.com












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru