Ağdaşda tələf olmuş heyvanlar küçənin ortasında qalıb - FOTO

3-09-2017, 23:45           
Ağdaşda tələf olmuş heyvanlar küçənin ortasında qalıb - FOTO
Ağdaşın Yenicə kəndində kütləvi şəkildə tələf olmuş iribuynuzlu mal-qaranın cəsədi ortalıqda qalıb.

Moderator.az report-un Şirvan bürosuna istinadan xəbər verir ki, 41 baş inəyin cəsədinin daşınmasına və basdırılmasına rəsmi qurumlardan yaxın duran yoxdur.

Yalnız Ucar Baytarlıq İdarəsindən gələn mütəxəssislər laborator müayinələr üçün heyvanlardan nümunə götürərək gediblər. Onlar istirahət günü ilə əlaqədar cəsədlərin daşınmasının mümkünsüz olduğunu söyləyiblər.

Yerli əhali heyvan cəsədlərinin iylənəcəyindən və infeksiya yarada biləcəyindən ehtiyat edir. Hazırda hadisə yerində vəziyyət acınacaqlıdır.
















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru