Tarif Şurasından benzinin bahalaşmasına analoqu olmayan münasibət: İqtisadiyyatın heç bir sahəsinə təsir göstərməyəcək

5-09-2017, 21:50           
Tarif Şurasından benzinin bahalaşmasına analoqu olmayan münasibət: İqtisadiyyatın heç bir sahəsinə təsir göstərməyəcək
"Aİ-98 super" markalı benzinin qiymətlərindəki artım iqtisadiyyatın heç bir sahəsinə təsir göstərməyəcək.

Bunu Enter.News-a Tarif (Qiymət) Şurasından deyiblər.

Şura bildirir ki, Azərbaycanda bu növ benzinin istehlakı minimal səviyyədədir: "Bu benzin bəzi "lüks" klass avtomobillərdə istifadə edilir. Ona görə də, "Aİ-98" benzininin bahalaşmasının qiymətlərə təsiri barədə danışmaq qeyri-ciddidir".

Tarif (Qiymət) Şurası həmçinin qeyd edir ki, bu benzinin qiyməti dövlət tərəfindən tənzimlənmir: "Bu marka benzin Azərbaycana gətirilir, ona görə qiymətlər dövlət tərəfindən tənzimlənmir".

Qeyd edək ki, bu gün "Aİ-98 super" benzininin litri 1,2 manatdan 1,3 manata bahalaşıb.

Qiymət artımına səbəb bu benzinin Azərbaycan gətirildiyi ölkədə, yəni Rumıniyada bahalaşması göstərilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru