Dünyanın ən yaxşı universitetləri... - Azərbaycanın adı siyahıda yoxdur

6-09-2017, 09:37           
Dünyanın ən yaxşı universitetləri... - Azərbaycanın adı siyahıda yoxdur
Dünyanın ən yaxşı universitetlərinin yeni siyahısı açıqlanıb.

“Times Higher Education (THE)” jurnalı tərəfindən hazırlanan və 1102 universitetin yer aldığı siyahının zirvəsində “Oksford Universiteti” yer alıb.

2-ci yerdə “Kembric Universiteti”, 3-cü yerdə isə “Kaliforniya Texnologiya Universiteti” qərarlaşıb.

Elmi araşdırmalar, beynəlxalq əlaqələr, maddi göstəricilər və təhsil səviyyəsi əsasında hazırlanan siyahının ilk 10-luğunda aşağıdakı universitetlər var:

1. “Oksford Universiteti” (İngiltərə)

2. “Kembric Universiteti” (İngiltərə)

3. “Kaliforniya Texnologiya Universiteti” (ABŞ)

4. “Stenfor Universiteti” (ABŞ)

5. “Massaçesets Texnologiya Universiteti” (ABŞ)

6. “Harvard Universiteti” (ABŞ)

7. “Prinseton Universiteti” (ABŞ)

8. “London İmperial Kolleci” (ABŞ)

9. “Çikaqo Universiteti” (ABŞ)

10. “Sürix Federal Texnologiya Universiteti” (İsveçrə)

Qeyd edək ki, Azərbaycandan heç bir universitetin yer almadığı siyahıda qonşularımızdan - Türkiyədən 5, Gürcüstandan 1, Rusiyadan 25, İrandan isə 19 universitet ən yaxşılar arasında qərarlaşıb. Ermənistanın da heç bir universiteti siyahıya daxil ola bilməyib(qafqazinfo)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru