Müdir mühafizəçinin qulağını qopardı - Mingəçevirdə şok olay

6-09-2017, 19:05           

teref.az yazır ki, Azərbaycanda marketlər şəbəkəsinin filial müdiri mühafizəçisini döyüb.

Məlumata görə, hadisə Mingəçevir şəhərində yerləşən "5+" supermarketlər şəbəkəsinin 20 yanvar və M.Ə.Sabir küçələrinin kəsişməsində yerləşən filialında baş verib.
Belə ki, filial direktoru ilə supermarketin mühafizəçisi arasında mübahisə yaranıb. Nəticədə mühafizəçi, 1980-ci il təvəllüdlü Nurlan Musa oğlu Verdiyev döyülərək ağır bədən xəsarətləri alıb.
Yaralı ətrafdakıların köməkliyi ilə xəstəxanaya çatdırılıb. Xəstəxanadan "Report"un yerli bürosuna bildirilib ki, o, üz və baş nayihələrindən ağır xəsarətlər alıb: "Xəstənin bir qulağı küt alətlə vurulan zərbə nəticəsində cırılıb və müəyyən hissəsi başından ayrılıb. Onun qulağı əməliyyat olunaraq tikilib. Bundan başqa xəstənin üz və digər nahiyələrində sıyrılmış-cırılmış xəsarətlər olub".
Münaqişənin səbəbi isə mühafizəçinin filial müdirindən marketlər şəbəkəsinin rəhbərliyinə şikayət etməsi olub.
Faktla bağlı araşdırma aparılır.(Report)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru