Dondurulmuş aktivlərdən istifadəyə dair qərara dəyişikliklər edilib

7-09-2017, 08:03           
Dondurulmuş aktivlərdən istifadəyə dair qərara dəyişikliklər edilib
Nazirlər Kabineti “Aktivləri dondurulmuş fiziki və ya hüquqi şəxslərin zəruri və gözlənilməz xərclərə ehtiyaclarını ödəmək üçün dondurulmuş aktivlərdən istifadə etmək imkanının təmin edilməsi Qaydası”nda dəyişikliklər edib.
“Report”un xəbərinə görə, bununla bağlı qərarı Baş nazir Artur Rasi-zadə imzalayıb.
Qərara görə, Nazirlər Kabinetinin 2016-cı il 19 avqust tarixli 310 nömrəli qərarı ilə təsdiq edilmiş “Aktivləri dondurulmuş fiziki və ya hüquqi şəxslərin zəruri və gözlənilməz xərclərə ehtiyaclarını ödəmək üçün dondurulmuş aktivlərdən istifadə etmək imkanının təmin edilməsi Qaydası”nın 4.1-ci bəndinə “şəxslər” sözündən sonra “və dövlət qurumları” sözləri, 4.2-ci bəndinə “şəxsə” sözündən sonra “və ya dövlət qurumuna” sözləri, 4.3-cü bəndinə isə “şəxs” sözündən sonra “və ya dövlət qurumu” sözləri əlavə edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru