Toxumun dövlət fonduna tədarükünə akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumlar baxacaq

7-09-2017, 08:04           
Toxumun dövlət fonduna tədarükünə akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumlar baxacaq
Nazirlər Kabinetinin “Dövlət Toxum Fonduna toxumun tədarükü, saxlanılması və istifadəsi Qaydaları”nın təsdiq edilməsi haqqında” qərarında dəyişikliklər edilib.
“Report”un xəbərinə görə, bununla bağlı qərarı Baş nazir Artur Rasi-zadə imzalayıb.
Qərarda bildirilir:
1. 2.5-ci bənddə “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin Toxumun sertifikatlaşdırılması laboratoriyası” sözləri “akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumlar” sözləri ilə əvəz edilsin.
2. 4.1-ci bəndin ikinci cümləsində “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin Toxumun sertifikatlaş- dırılması laboratoriyasının” sözləri “akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumun” sözləri ilə əvəz edilsin.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru