TAP-ın yarıdan çox hissəsi artıq tamamlanıb

8-09-2017, 08:47           

Trans-Adriatik Boru Kəməri (TAP) layihəsinin 50%-dən çox hissəsi artıq tamamlanıb. Bura layihələndirmə, satınalma və tikinti işləri daxildir.

Bu barədə "APA-Economics"ə TAP konsorsiumundan bildirilib.

Məlumata görə, cari ilin sentyabr ayına olan göstəriciyə əsasən, TAP-ın podratçıları Yunanıstan və Albaniyada layihə marşrutunun təxminən 70%-də (765 km-in 539 km-i) təmizlənmə işləri aparıb. Bundan başqa, tikinti prosesində istifadə olunacaq 55 min borunun təxminən 95%-i Yunanıstan, Albaniya və İtaliyaya çatdırılıb.

Bildirilir ki, marşrut boyunca TAP konsorsiumu tərəfindən bir sıra sosial və ətraf mühitlə bağlı investisiya proqramları həyata keçirib. Ümumilikdə, TAP Yunanıstan, Albaniya və İtaliyada sosial və ətraf mühitlə bağlı investisiya proqramlarına 55 mln. avro dəyərində investisiya yatıracaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru