Güclü külək “Rahat” marketdə həyəcan yaratdı – Divar belə üçdu FOTOLAR
8-09-2017, 11:52
Bakıda əsən güclü külək marketin divarını uçurub.”Bizimxeber”in hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə hazırda aeroport yolunda, Mərdəkan dairəsi yaxınlığında yerləşən “Rahat” Marketin təmir gedən giriş qapısı gözlənilmədən uçub.
Belə ki, təmir getdiyi üçün vətəndaşlar ehtiyat qapıdan buraxılır, təmir gedən tərəf isə reklam lövhələri ilə bağlanmışdı. Küləyin sürətini nəzərə almayan marketin güvənlik işçiləri yaranmış ani hadisəyə mane ola bilməyib. Uzunlugu təxminən 10, eni 3-4 metr hündürlükdə olan taxta ehtiyyat divar gözlənilmədən marketin içərisinə çırpılıb. Xoşbəxtlikdən uçqun zamanı müştərilərdən xəsarət alan olmayıb.
Güvənlik işçiləri özlərini itirərək hadisəni nəzarətə almaqda çətinlik çəkib.
Baş verən hadisə zamanı qalxan toz-torpaq marketdəki bütün ərzaq məhsullarının üstünə çöküb. Müştərilən yaranmış vəziyyətdən narahat olaraq market bağlanmasını tələb etsələr də, rəhbərlik buna məhəl qoymayıb.