“Ölkəmizdə işsizlik 5%-dir. Bu, böyük nailiyyətdir” – Nazir

8-09-2017, 12:27           
“Ölkəmizdə işsizlik 5%-dir. Bu, böyük nailiyyətdir” – Nazir
“Azərbaycan son illərdə yüksək inkişaf göstəricilərinə görə dünyanın lider ölkələri sırasında durur. Ölkədə 5 faizlik işsizlik səviyyəsi müşahidə olunur. Bu, böyük nailiyyətdir”.

Bunu Bakıda keçirilən “Formal məşğu­lluq sosial hüquqlar­ın reallaşdırılması şərti kimi” adlı konfransda əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.

Nazir vurğulayıb ki, məşğulluğun təmin olunmasında özünəməşğulluq xüsusi rol oynayır: “Son illərdə əhalinin məşğulluq strukturunda dəyişikliklər baş verib. 2016-cı ilin sonuna olan statikaya əsasən, əmək müqaviləsi ilə işləyənlər məşğul əhalinin 32 faizini təşkil edib. Son dövrlərdə əmək bazarında qeydiyyatsız işləyənlərin sayı çoxalıb. Dünyanın əksər ölkələrində olduğu kimi Azərbaycanda da həyata keçirilən özünəməşğulluq, təəssüflər olsun ki, əksər hallarda qeydiyyatdan kənar olur. Bunların əksəriyyəti özünəməşğul əhali formasında çıxış edənlərdir. Bunların qeydiyyata alınması böyük problemdir. Biz hazırda bunun üzərində çalışırıq”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru