İki icra başçısının yeri dəyişdirilir - Gözlənti...
6-08-2015, 15:10
Parlament seçkilərinə az müddət qalmış bir neçə rayonun icra başçısının yeri əvəzlənəcək.
Faktinfo.az-a istinadən xəbər verir ki, prossesə Azərbaycanın qərb rayonlarından başlanılacaq.
Həmin məlumata görə, Qazax və Ağstafanın icra başçıları Ayaz Əsgərov və Məhərrəm Quliyevin yerlərinin dəyişdirilməsi gözlənilir. Belə ki, Məhərrəm Quliyev Qazaxa, Ayaz Əsgərovun isə Ağstafaya təyinat alacağı qeyd olunur.
Tovuz rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalovun isə 71 yaşının tamam olması, habelə idarəetmədə buraxdığı səhvlər, rayondan edilən şikayətlərin çoxluğu onun təqaüdə göndəriləcəyi ehtimallarını çoxaldıb. Bundan Tofiq Zeynalovun özü də hardasa, məlumatlıdır. Bu səbəbdən Tofiq Zeynalovun öz yerinə kadr hazırladığı şəxsin Tovuz rayon 28 saylı TSEK-in sədri Arif Səmədovun olduğu deyilir.
Qeyd edək ki, Arif Səmədov kifayət qədər imkanlı, həm də Tofiq Zeynalova yaxın olması Tovuz rayonunda hamıya məlumdur.
Digər tərəfdən, icra başıçısı vəzifəsinə iddialı kimi Arif Səmədovun bir neçə dəfə müəyyən cəhdlərinin olduğu da inkar edilmir.