“Yeni Həyat” Şirkətlər Qrupu da "Bank Technique" ilə əməkdaşlığı dayandırdı
6-08-2015, 21:59
“Yeni Həyat” Şirkətlər Qrupu "Bank Technique" ASC ilə əməkdaşlığını dayandırıb. “APA-Economics”in məlumatına görə, “Yeni Həyat” Şirkətlər Qrupu “AtaBank” ilə işləməyə qərar verib. “AtaBank” ASC-dən “APA-Economics”ə bu məlumatı təsdiqləyiblər. “Artıq 10 gündür ki, “Yeni Həyat” Şirkətlər Qrupu bizim bankla əməkdaşlığa başlayıb”, -deyə bankdan bildirilib.
Qeyd edək ki, buna qədər “Aqrolizinq” ASC, “Bakı Metropoliteni” QSC və Azərbaycanda fəaliyyət göstərən notariat kontorları “Bank Technique” ilə əməkdaşlığı dayandırıblar.