Mərkəzi Bank Azərbaycanda ev bazarının çökdüyünü elan edir -36 faiz

8-08-2015, 14:09           
Mərkəzi Bank Azərbaycanda ev bazarının çökdüyünü elan edir -36 faiz
Azərbaycan Mərkəzi Bankı ölkədə daşınmaz əmlak bazarının bu ilin yanvar-iyun aylarında 32 faiz gerilədiyini bildirir.

Virtualaz.org saytı bankdan yayılan statistik məlumatlara istinadən xəbər verir ki, ikinci əl daşınmaz əmlak bazarı isə daha sürətlə çöküb - 36,2 faiz.

Mərkəzi Bankın məlumatına görə, bu il iyulun 1-də daşınmaz əmlak bazarının dövriyyəsi 1 milyard 758 milyon manata yaxın olub. Bir il əvvəl isə daşınmaz əmlak bazarında dövriyyə 2 milyard 583 milyon manat idi. Hərçənd ki, göstərilən müddət ərzində tikinti şirkətləri və kooperativləri satışı artırıblar.

Bir il əvvəl 1995 milyon manatlıq daşınmaz əmlak satılmışdısa bu ilin ilik altı ayında 238.3 milyon manatlıq əmlak satışı qeydə alınıb.İkinci əl daşınmaz əmlak bazarında isə satışlar kəskin azalıb-bir il əvvəlki 2.4 milyard manatlıq satışa nisbətən bu il cəmi 1.5 milyard manatlıq satış qeydə alınıb.

Qeyd edək ki, daşınmaz əmlak bazarında bu cür geriləmə tikinti sektorunda və tikinti materialları bazarında da geriləmə ilə müşaiyət olunur. Dövlət Statistika Komitəsinin məlumatına görə bu ilin yanvar-iyun aylarında Azərbaycanda tikinti işlərinin həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 21,53 faiz azalaraq 2,88 milyard manat təşkil edib.

Hökumət tikinti sektorunda böhranın qarşısını almaq üçün dövlət büdcəsindən ipoteka kreditləşməsinə 200 milyon manat vəsaitin ayrılmasına qərar verib. Ekspertlərə görə bu həcmdə ipoteka krediti tikinti sektorunda müəyyən canlanma yarada bilər, amma geriləməni dayandırmaq üçün kifayət deyil.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.