`Vəkillərin sayının artırılmasına çalışacağıq` - Anar Bağırov

8-12-2017, 13:06           

"Məqsədimiz odur ki, ən qısa zaman ərzində sənəd qəbulu bərpa olunsun. Kollegiyanın üzvlərinin artırılmasına çalışacağıq. Digər hədəf isə regionlarda hüquqi yardım işini təkmilləşdirməkdir. Məlum olduğu kimi, regionlarda vəkillərin sayı azdır. Biz bunun həlli yollarını tapmalıyıq. Ödənişsiz hüquqi yardımla bağlı da problemlər var. Bununla bağlı konsepsiya hazırlayacağıq".

Femida.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Vəkillər Kolegiyasının Rəyasət Heyətinin yeni sədri Anar Bağırov deyib.

A.Bağırov bildirib ki, ilk növbədə, Vəkillər Kollegiyasına üzvlüklə bağlı sənədlərin qəbuluna başlanılacaq:

"Bilirsiniz ki, qanunvericiliyə edilən dəyişikliklə fiziki şəxslərin məhkəmələrdə nümayəndə kimi çıxması məhdudlaşdırılır. Vətəndaşlara hüquqi yardımı yalnız peşəkar vəkillər həyata keçirəcəklər".

O bildirib ki, ölkədə ödənişsiz hüquqi yardım institutunun müasirləşdirilməsi əsas məqsədlərdən biridir:

"Vəkillərin peşə hazırlığı da artırılacaq. Beynəlxalq fəaliyyətə də üstünlük veriləcək. İstəyirik ki, vəkillərin peşə bayramı qeyd edilsin. Bununla bağlı da müvafiq komissiya yaradılacaq".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru