Fazil Məmmədova böyük ŞOK: Yeznəsinə yol göründü

8-12-2017, 16:39           

Vergilər naziri Fazil Məmmədov vəzifəsindən azad olunduqdan sonra onun yaxın ətrafının da tutduqları vəzifələrdən kənarlaşdırılacaqları barədə fikirlər dolaşırdı.

A24.Az-a daxil olan məlumata görə, artıq həmin siyahıdakılardan birinə yol görünüb. Belə ki, mənbə bildirir ki, eks nazirin yeznəsi Namiq Quliyevə işdən çıxmaq barədə ərizə yazması tapşırılıb. Hazırda Namiq Quliyev Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti rəisinin birinci müavinidir.
Fazil Məmmədova böyük ŞOK: Yeznəsinə yol göründü
Nazirin müşaviri vəzifəsindən azad olunan N.Quliyev 2016-cı ilin fevral ayında bu vəzifəyə təyin olunub.

Qeyd edək ki, Namiq Quliyev Fazil Məmmədovun bacısının həyat yoldaşıdır. N.Quliyev müşavir təyin olunmamışdan öncə də Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti rəisinin birinci müavini vəzifəsində çalışıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru