Əhalinin və şirkətlərin banklara borcu 1.8 milyard manata çatıb

8-12-2017, 17:42           
Əhalinin və şirkətlərin banklara borcu 1.8 milyard manata çatıb
Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının bu ilin 11 ayında problemli kreditlərinin həcmi 1.8 milyard manat olub.

Gununsesi.info bunu Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Vaxtı keçmiş kreditlərin sayı ümumi portfeldə 15.5 faiz təşkil edib. Ötənilin müvafiq dövrü ilə müqayisədə banklara olan borcların həcmi 447 milyon manat və ya 22 faiz artıb.

Cari ilin noyabr ayının 1-ə iqtisadiyyata kredit qoyuluşu isə 11,7 milyard manat təşkil edib.

Beləliklə, ötən ilin eyni dövrü ilə müqayisədə isə kredit qoyuluşlarının həcmi 3.6 milyard manat və ya 23,6 faiz azalıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.