Azərbaycanda sosial təbəqələşmənin real mənzərəsi

21-03-2018, 22:43           

İqtisadçı ekspert Rövşən Ağayev Azərbaycanda minik avtomobili parkı ilə bağlı maraqlı statistik məlumat paylaşıb.



GunAz.org xəbər verir ki, ekspertin fikrincə avtomobil parkının yaşı və növ tərkibi Azərbaycanda sosial təbəqələşmənin real mənzərəsini nümayiş etdirən bəlkə də yeganə rəsmi datadı:

“Azərbaycanda minik avtomobili parkının cəmi 12.5%-i 5 ilə qədər olan maşınlardır. 2012-2013-cü illərdə bu göstərici 14% ətrafında olub. Böhranın təzə maşın idxalını azaltması öz təsirini göstərib.
Müqayisə üçün deyim ki, 5 ilə qədər yaşı olan minik maşınlarının ümumi avtoparkda payı hazırda Rusiyada 27%, Avropada 32-33% ətrafındadı.

Azərbaycanda istismar müddəti 10 ildən çox olan maşınlarn ümumi parkda payı 67% təşkil edir. 3 il əvvəl 65% olub.

Bu göstərici Rusiyada 48%, Avropada 36% ətrafındadı…”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru