Səlim Müslümov: “Prezidentin fərmanı 8800 nəfərə şamil ediləcək”

19-04-2018, 21:40           

“Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan, ölən və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilən hərbi qulluqçuların ailə üzvlərinin siyahısı üç ay müddətində Maliyyə və Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinə təqdim ediləcək”.

Tendensiya.com Report-a istinadən xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri səlahiyyətlərini icra edən Səlim Müslümov keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, birdəfəlik ödəmələr həmin ümumi siyahıdakı hərbi qulluqçuların vərəsələrinə onların müraciəti və notariat qaydasında təsdiqlənmiş sənədləri təqdim etmələri əsasında ödəniləcək: “İlkin informasiyaya görə, 8800 şəxs bu fərmanın icrası altına düşür. Bu kateqoriyadan olan şəxslərə, təxminən, 95-100 milyon manat vəsait tələb olunacaq”.

Qeyd edək ki, 1997-ci il avqustun 2-dək Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan, ölən və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilən hərbi qulluqçuların vərəsələrinə 11 min manat məbləğində birdəfəlik ödəmə veriləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru