Hava nəqliyyatında tezalışan mayelərin yüklənməsi yerlərində tütündən istifadə qadağan olunub

20-04-2018, 08:41           
Hava nəqliyyatında tezalışan mayelərin yüklənməsi yerlərində tütündən istifadə qadağan olunub
Nazirlər Kabinetinin 2000-ci il 13 dekabr tarixli qərarı ilə təsdiq edilmiş "Təhlükəli yüklərin hava nəqliyyatı ilə daşınması Qaydaları”nda bir sıra dəyişikliklər edilib.

"Report"un məlumatına görə, bu barədə qərarı baş nazir Artur Rasizadə imzalayıb.

Qərara əsasən hava gəmilərinə TAM-ın (tezalışan mayelərin) yüklənməsi yerlərinin yaxınlığında açıq oddan istifadə etmək və ya tütün çəkmək qəti qadağan edilib.

TAM-ın yükləmə meydançalarında, yaxşı görünən yerlərdə, hərflərinin hündürlüyü 75 mm-dən az olmayan, parlaq-qırmızı yazılı ağ lövhələr asılmalıdır: "Tezalışan maye"; "Açıq odla və fənərlə yaxınlaşmamalı"; "Tütün çəkmək qadağandır"; "Yanğın vaxtı bu telefona zəng etməli".

Digər dəyişikliyə əsasən 4-cü sinifdən olan təhlükəli yüklərin saxlanıldığı yerlərdə tütün çəkmək qadağan edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru