Azərbaycanlı milyarder Özbəkistanda zavod açdı

20-04-2018, 09:06           
Azərbaycanlı milyarder Özbəkistanda zavod açdı
Lukoil şirkəti Özbəkistanən Buxara şəhərində ildə 8 milyard kubmetr qaz emal edəcək “Kandım” qaz emalı zavodunun açılışını edib. Qaynarinfo xəbər verir ki, şirkət bu layihənin gerçəkləşməsi üçün 3.4 milyard dollar yatırım edib. “Kandım”ın açılışında Özbəkistan prezidenti Şövkət Mirziyayev, Rusiyanın Enerji Naziri Aleksandr Novak , Lukoil şirkətinin prezidenti Vahid Ələkbərov və bir çox tanınmış iş adamları iştirak edib.

Özbəkistan prezidenti çıxışında bu layihənin ölkəsinin iqtisadi inkişafına müsbət təsir edəcəyini söyləyib. Həmçinin “Kandım”-ın Özbəkistan və Rusiya arasında enerji sahəsindəki əlaqələrinin bir nümunəsi olduğunu vurğulayıb.

Qeyd edək ki, “Kandım” qaz emalı zavodu ildə 8 milyard kubmetr qaz ixrac edəcək. Şirkətdə 2 mindən çox insan işləyəcək. “Lukoil” şirkəti Özbəkistan höküməti ilə 2046-cı ilə qədər müqavilə bağlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru