Bu məmur işdən çıxarılır (RƏSMİ)

20-04-2018, 10:40           

Sumqayıt Təhsil şöbəsinin müdiri Nizami Namazov tutduğu vəzifədən gedir.

teref.az xəbər verir ki, xeberle.com-a daxil olan məlumata görə, N. Namazov Sumqayıt Təhsil şöbəsinin müdiri vəzifəsiylə vidalaşır.

N. Namazov açıqlamasında Sumqayıt Təhsil şöbəsinin müdiri vəzifəsini tərk edəcəyini təsdiq edib: "Könüllü ərizəmi yazmışam, elmi-pedaqoji fəaliyyətlə məşğul olmaq istəyirəm. Doktorluğu müdafiə etmək niyyətindəyəm. Ərizəmi hələ təsdiqləməyiblər. Hazırda işimin başındayam. Ərizəm təsdiq olunandan sonra kollektivlə vidalaşacam."

Xatırladaq ki, N. Namazov uzun müddət Sumqayıt Dövlət Universittetinin prorektoru vəzifəsində çalışıb. 2016-cı ilin noyabr ayından isə Sumqayıt şəhər Təhsil şöbəsinin müdiri vəzifəsində çalışırdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru