Bakıda böyük söküntü qərarı- 2500 EV KÖÇÜRÜLÜR (VİDEO)

21-04-2018, 01:12           

“Gələn aydan “Sovetski”də yeni söküntü prosesinə başlanılacaq. Hazırda “Sovetski”də yollar çəkilir. Aprelin axırı mayın əvvəllərindən etibarən isə bu ərazidə yenidən söküntü işlərinə başlanılacaq”.
Gununsesi.info xəbər verir ki, bu barədə Real TV-yə müsahibəsində Baş nazirin müavini Abid Şərifov bildirib.

Onun sözlərinə görə, bu il “Sovetski”də söküntü işlərinin davam etdirilməsi üçün vəsait ayrılıb.

“Bu il və gələn il 2500-ə yaxın evin sökülməsi nəzərdə tutulub. 2500 evi köçürmək asan deyil. Ona görə də hazırlıq işləri gedir. Böyük ehtimalla aprelin sonu mayın əvvəlində söküntü işlərinə başlanılcaq. Söküntü işlərinin aparıldığı ərazilərdə yol çəkiləcək, yaşıllıq və park salınacaq. Başqa işlərdən söhbət gedə bilməz”, – deyə Abid Şərifov qeyd edib.

Baş nazirin müavini Bakıda həyata keçirilməsi nəzərdə tutulan və başladılan pilot layihələr barədə də açıqlamalar verib.

Müsahibəyə daha ətraflı videomaterialda baxa bilərsiniz:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru