Knessetin deputatı: Bakı israilli turistlər arasında populyar istiqamətə çevrilib

21-04-2018, 09:57           

Azərbaycan-İsrail münasibətləri bu gün ən yüksək səviyyədədir, amma turizm kimi perspektivli sahələrdə də irəli addımlamaq lazımdır.

Bunu Trend-ə Knessetin deputatı Konstantin Razvozov deyib.

Deputat bildirib: “Biz uzun müddətdir ki, ölkə arasında dostluq münasibətlərinin mövcudluğunu müşahidə edirik. Ümid edirəm ki, münasibətlər bu cür də qalacaq. Bu gün İsraildə “Azərbaycan” və “Bakı” sözləri dillərdədir. İsraildən turist axını ötən illə müqayisədə 40 faiz artıb, bu rəqəmin daha da artacağını gözləyirik. Biz həm də Azərbaycandan İsrailə turistlər gözləyirik”.

Deputat həmçinin idman sahəsində qarşılıqlı fəaliyyət məsələsinə toxunub:

“Bu il İsraildə və Azərbaycanda cüdo üzrə Avropa və dünya çempionatları keçiriləcək. Bu tədbirlərdə hər iki ölkədən milli komandalar iştirak edəcək. Digər idman növlərində də təcrübə mübadiləsi aparmaq faydalı olardı, çünki idman və mədəniyyət ikitərəfli münasibətlərin inkişafına kömək edir”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru