Bakıda azyaşlıların da cəlb olunduğu qeyri-ənənəvi gizli ibadət-tədris kompleksi aşkarlandı – DTX araşdırma aparır

23-04-2018, 12:46           
Bakıda azyaşlıların da cəlb olunduğu qeyri-ənənəvi gizli ibadət-tədris kompleksi aşkarlandı – DTX araşdırma aparır
Bakıda qeyri-ənənəvi gizli ibadət-tədris kompleksi aşkarlanıb.

Bu barədə Dövlət Təhlükəsizliyi Xidməti (DTX), Daxili İşlər Nazirliyi (DİN) və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Trend-ə daxil olan birgə məlumatında qeyd olunur.

DTX, DİN və Dövlət Komitəsi tərəfindən həyata keçirilmiş birgə tədbirlər nəticəsində Bakı şəhəri Qaradağ rayonu Ələt qəsəbəsi Şıxlar bağ massivində yerləşən Azərbaycan Respublikasının vətəndaşı Rəhmanlı Rəhman Mikayıl oğluna məxsus bağ sahəsində qeyri-ənənəvi dini təriqətin üzvləri tərəfindən gizli yaradılmış, azyaşlıların da dini ayinlərə cəlb olunduğu qanunsuz dini ibadətgah-dərsxana kompleksi aşkar edilib.

Qanunla müəyyən edilmiş qaydada qeydiyyata alınmadan “məscid” adı altında gizli fəaliyyət göstərən həmin ərazidən dini ayrı-seçkiliyin təbliği məqsədilə qanunsuz yayılan çoxsaylı dini ədəbiyyatlar aşkar edilərək götürülüb.

Qeydə alınmış qanun pozuntuları müvafiq qaydada sənədləşdirilərək, qanunsuz dini ibadət-tədris sahəsinin fəaliyyəti dayandırılıb.

Hazırda Dövlət Təhlükəsizliyi Xidmətində araşdırmalar davam edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru