Avropa Mərkəzi Bankı kritik qərarını açıqladı

27-04-2018, 09:23           

Avropa Mərkəzi Bankının aprel ayı üçün iclası başa çatıb.

İclasda uçot dərəcəsinin hazırkı - 0% səviyyəsində saxlanılması barədə qərar qəbul olunub.

Milli.Az bildirir ki, Mərkəzi Bank pul siyasəti faizini (uçot dərəcəsini) 0,00%-də, depozit faizini mənfi 0.40%-də, marjinal maliyyələşmə faizini isə 0.25%-də saxlayıb.

Gözlənildiyi kimi, aktiv alış proqramında da dəyişikliyə getməyib.

Qeyd edək ki, qurumun bu ilin yanvar ayında keçirilmiş iclasında ECB monetar stimullaşdırmanın məbləğini 2 dəfə azaldaraq 60 mlrd. avrodan 30 mlrd. avroya endirib və müddətini bu ilin sentyabr ayına qədər uzadıb.

Qərardan sonra avro cüzi bahalaşıb, dollar ucuzlaşıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru