Almaniyanın Bild qazetinin əməkdaşı necə Bolqar oldu ?
28-04-2018, 00:05

2018 ci ilin 1-ci rübündə Yunan polisi ölkəyə saxta sənədlə gələn 729 nəfəri saxlamağa müvəffəq olub. AzEuroNews.com azlegat.com-a istinadən xəbər verir ki, belə şəxslərdən Almaniyaya gələrək saxta sənədlərlə qaçqın statusu üçün müraciət edənlərdə az deyil. Hazırda Avropa ittifaqı ərazisində saxta sənəd satılması ən geniş yayılmış cinayyətlərdən biridir. Məsələn, Yunanıstanın şəxsiyyət vəsiqəsini və ya pasportunu 4000-5000 avroya əldə etmək mümkündür. Tətqiqatçıların fikirincə Afinada istənilən qaçqın şəhərciyində saxta sənəd satanları tapmaq və saxtalaşdırılmş pasport əldə etmək mümkündür.
Bunu Almaniyada nəşr olunan “Bild” qazetinin əməkdaşı apardığı jurnalist araşdırması zamanı bir daha sübut edib. Belə ki, Afinada kafelərin birində saxta sənəd düzəldən vasitəçi ilə görüşən müxbir istənilən pasportun əldə olunmasının mümkün olduğunu dəqiqləşdirə bilib. Onun əldə etdiyi məlumata görə, xarici görkəmindən asılı olaraq Afinada Almaniyaya gəlmək istəyən qaçqınlara müəyyən ödəniş qarşılığında İtaliya və ya Yunanıstan pasportu düzəltmək mümkündür. “Bild”-in əməkdaşı həmin vasitəçinin tələb etdiyi məbləği təqdim edərək Bolqarıstan vətəndaşının paspotunu öz şəkili ilə əldə edə bilib.
Məlumat üçün bildirilir ki, bu kimi halların qarşısını almaq üçün Alman polisi Yunanıstanda xüsusi tədbirlər keçirir.