Tarixin tapıntısı: Marsda qaynayan göl tapıldı - Video

28-04-2018, 10:21           

Nijni Taqildə (Rusiya) yaşayan radio həvəskarı, tədqiqatçı Valentin Deqteryev NASA tərəfindən hazırlanan Mars şəkillərini təhlil edərkən nəhəng qaynar bir göl görüb.

Teleqraf.com xəbər verir ki, diametri 2 kilometr olan böyük göl meteorit kraterində yerləşir və onun içində olan su daim qaynayır.

Deqteryevin fikrinə görə, bu göldə də su Yerdəki kimi maye haldadır:

"Göründüyü kimi, su mavi rəngdədir və davamlı olaraq qaynayır. Bununla da ondan çox miqdarda buxar ayrılır".

O, bu obyektin göl olmasının dəqiqləşdirmək üçün ekspertlərə müraciət edib.

Deqteryev, Marsdakı suyun varlığını mütəxəssislərin qəsdən gizlətdiyinə əmin olduğunu deyib.

Tədqiqatçı qeyd edir ki, Marsda suyun olması insanların xilası deməkdir:

“Əgər Yer üzündə fəlakət baş verərsə, insanlar Marsa gedə bilər. Bu tapıntının dəyəri çox böyükdür, çünki hələ Marsda belə bir şey tapılmamışdı. Bunu ilk görən mən oldum, qürur duyuram”, - Degteryev bildirib.
[media=https://www.youtube.com/watch?v=dcIHRW6QpJE]
Tarixin tapıntısı: Marsda qaynayan göl tapıldı - Video












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru