“Sumqayıt Kimya Sənaye Parkı” ötən il 17,9 mln. manat zərər edib

28-04-2018, 11:52           
“Sumqayıt Kimya Sənaye Parkı” ötən il 17,9 mln. manat zərər edib
“Sumqayıt Kimya Sənaye Parkı” ötən il 17,9 mln. manat zərər edib
“Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin aktivləri illik 25% artaraq 2018-ci il yanvarın 1-nə 136 198 min manat təşkil edib.

“Report” xəbər verir ki, bu barədə cəmiyyətin 2017-ci il üzrə audit hesabatında bildirilib.

Sənədə əsasən, bu müddətdə “Sumqayıt Kimya Sənaye Parkı”nın cəmi öhdəlikləri də 3,5 dəfə artaraq 2 112 min manatdan 7 372 min manata yüksəlib. Cəmiyyətin səhmdar kapitalı dəyişməyərək 500 min manat səviyyəsində qalıb, cəmi kapitalı isə illik 20% artaraq 128 826 min manata çatıb.

Cəmiyyət 2017-ci ildə 17 881 min manat zərər edib ki, bu da əvvəlki illə müqayisədə 9% azdır.

Qeyd edək ki, audit “Baker Tilly Audit Azərbaycan” MMC tərəfindən həyata keçirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru