DYP-nin “Zarat” postunda yaşanan bir biabırçı səhnə…. ” bir dayday kimi, səninlə salamlaşmaq istədim”

30-04-2018, 13:39           
DYP-nin “Zarat” postunda yaşanan bir biabırçı səhnə…. ” bir dayday kimi, səninlə salamlaşmaq istədim”
Sosial şəbəkələrdə DYP-nin “Zarat” postunda yaşanan bir biabırçı səhnənin videosu yayılıb. Sözügedən kadrlarda əks olunan mənzərə ilə bağlı ətraflı məlumat əldə edib. Videoda belə bir situasiyanın yaşandığı əks olunur ki, DYP inspektoru sürücünü saxlayır, lakin ona yaxınlaşandan sonra, avtomobilə hərəkət etməyi əmr edir. Sürücü hansı səbəbdən saxlandığı ilə marqlandıqda, inspektor deyir: ” bir dayday kimi, səninlə salamlaşmaq istədim” . Bir az hərəkət edəndən sonra, sürücü harada saxlandığını və oradakı DYP işçilərinin iş prinsipi barədə məlumat verir. Əldə edilən məlumata görə, sözügedən videonu lentə alan şəxsin adı Vüqardı və o, indiyə kimi DYP işçiləri ilə bağlı bir çox sensasiyalı videomaterialları ictimailəşdirib. Onu postda saxlayan inspektor isə kapitan rütbəli Məmmədrzayev Əmirxandır. Uzun müddət həmin postda çalışan və belə işlərdə təcrübəli olan Əmirxan müəllim böyük ehtimalla Vüqarı tanıdığı üçün, onu dilağız edərək yola verərək buraxır. Zənn edək ki, bu vəziyyətdə Vüqar yox, başqa heç kimin tanımadığı bir sürücü olaydı, məlumdur ki, Əmirxan müəllim onu ətraflı profilaktikadan keçirmədən, sadəcə salamlaşmaqla buraxmazdı. Videoda əks olunan Məmmədrazyev Əmirxan məhz həmin postun rəis müavini olan Məmmədrzayev Vüsalın doğmaca əmisidir. Yəni qardaşoğlu ilə əmi eyni postda xidəmət aparırlar. Qeyd edək ki, sözügedən post barədə mediada vətəndaşların incidilməsi ilə bağlı çoxsaylı şikayət məlumatları yer alıb.(Azinforum.az)

Yazıda adları çəkilən vətəndaşların da mövqeyini dərc etməyə hazırıq.
[media=https://www.youtube.com/watch?v=4kfXC3kK47o]












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.