Təlimə aludəciliyimiz tərbiyə işini arxa plana keçirib…

1-05-2018, 08:12           
Təlimə aludəciliyimiz tərbiyə işini arxa plana keçirib…
Təhsil eksperti Nadir İsrafilov məktəblərimizdə baş verən son olaylara münasibət bildirib.
“Müəllimlərin etik davranış qaydaları” ilə daban-dabana zidd olan hərəkətlərə görə rəhbər pedaqoji işçini və ya hər hansı ranqdan olan digər heyyət üzvünü “öz ərizəsinə” əsasən işdən azad etmək, qarğanı sıldırım qayadan üzü aşağı buraxmaq kimi bir “cəza” növüdür. Halbuki, nədənsə mövcud qanunvericiliyin müvafiq maddələrinə deyil, adətən “humanistlik” nümayiş etdirərək, ərizə almaq formasında “cəzalandırma növünə” daha çox üstünlük veririk. Nəticə isə ondan ibarətdir ki, təhsilin bütün səviyyələrində peşə fəaliyyəti zamanı təhsilverənlərin ümumi davranışını və təhsil prosesi iştirakçıları ilə qarşılıqlı münasibətlərini tənzimləyən normalar məcmusundan ibarət olan “Qaydalar”ın təsdiq edilməsindən (Azərbaycan Respublikasının təhsil nazirinin 16 may 2014-cü il tarixli 600 №-li əmri) 4 ilə yaxın bir müddət keçməsinə baxmayaraq, bu sahədə fəalyyətimiz o qədər də ürəkaçan deyil. Məktəblərdə cəzasızlıq sindromu hökm sürdüyündən bu və ya digər zorakılıq halları qaçılmaz olur. Hadisəyə vaxtında reaksiya verilməməsi, prosesin daha da böyüməsinə və şişirdilməsinə, təhsil müəssisələri haqqında mənfi imicin formalaşmasına rəvac verir. Bəli, ifrat dərəcədə təlimə aludəçiliyimizdən tərbiyə işi sahəsində nəzərəçarpacaq boşluqlar yaranıb. Unuduruq ki, təhsil təkcə təlimdən ibarət olmayıb, həm də tərbiyəvi aspektləri əhatə etməlidir. Bu kimi fəsadları aradan qaldırmaq üçün ilk olaraq bütün təhsil müəssisələrində nizam-intizam şərtləri ciddiləşdirilməli, tabeçilik, cavabdehlik və məsuliyyət hissi gücləndirilməlidir...












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.