Gürcüstanda ictimai yerlərdə siqaret çəkmək qadağan edilib

1-05-2018, 08:23           
Gürcüstanda ictimai yerlərdə siqaret çəkmək qadağan edilib
Gürcüstanda mayın 1-dən bar, restoran, mehmanxana və digər bütün ictimai yerlərdə siqaret çəkməyi qadağan edən qanuna düzəlişlər qüvvəyə minir.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu jurnalistlərə deputat Akaki Zoidze deyib.

"Düzəlişlər mayın birindən qüvvəyə minir. Biz cüzi narahatçılıq hesabına insanların həyat və sağlamlığını qoruyacağıq. Sabahdan ümid edirik ki, bu insanları, o cümlədən uşaqları xilas edəcəyik", - deyə Zoidze bildirib.

Qanunu pozan mülki şəxslər 40 dollar, müəssisələr 200 dollar, təkrar qanun pozuntusuna görə isə fərdi şəxslər 200 dollar, obyektlər isə 400 dollar cərimə olunacaqlar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru