Azərbaycan İlahiyyat İnstitutunun hüquqi statusu müəyyənləşdi

1-05-2018, 08:49           

Azərbaycan İlahiyyat İnstitutunun hüquqi statusu müəyyənləşib.

Publika.az xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişiklik edib.

Dəyişikliyə əsasən Azərbaycan İlahiyyat İnstitutu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısına daxil edilib.

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyevin “Azərbaycan İlahiyyat İnstitutunun yaradılması haqqında” 2018-ci il 9 fevral tarixli sərəncamına əsasən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə öz tabeliyində Azərbaycan İlahiyyat İnstitutu yaratmaq tapşırılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru