Feysbuk mesajlarını dərimizlə hiss edəcəyik - İxtira

1-05-2018, 09:29           
Feysbuk mesajlarını dərimizlə hiss edəcəyik - İxtira
“Feysbuk” şirkəti istifadəçilərə elektron məktubları və mətnli bildirişləri dəri vasitəsilə oxumağa imkan verən qurğu hazırlayıb. Yeni texnologiyanın smartfon aludəçiliyinin qarşısını alacağı, eləcə də eşitmə və görmə pozğunluğu olan insanlara kömək edəcəyi bildirilir.

Teleqraf.com “ICTnyus”-a istinadən xəbər verir ki, yeni sistem insanlara telefonu cibdən çıxarmadan yazışmağa imkan verəcək. İstifadəçinin əlinə bərkidilən qurğu siqnalın işarə sisteminə transformasiyası üçün xüsusi ötürücülərdən istifadə edir. Siqnallar dəridə fonemləri (səsləri) kodlaşdıran vibrasiya kimi hiss olunur. Siqnallar sistemi Brayl şriftinin toxunma hissi səviyyəsini xatırladır. Bu, qurğunu bütün dillər üçün tətbiq etməyə və ondan istifadəni asanlıqla öyrənməyə imkan verir. Mütəxəssislərin sözlərinə görə, qurğunun sınaq iştirakçıları yarım saat təlimdən sonra 3 dəqiqəyə 4 fonem və 100 söz öyrənə biliblər.

Qurğunun prototipi “Feysbuk” nümayəndələri tərəfindən Kanadada keçirilən konfransda nümayiş olunub. Ekspertlər qeyd edib ki, smartfon istifadəçilərinin qurğuları gün ərzində orta hesabla 47 dəfə yoxlamasına görə qurğulardan asılılığın azaldılması üçün yeni üsulların kəşfinə ehtiyac duyulur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru