Bakının mərkəzində orta məktəbdə azyaşlıya qarşı VƏHŞİLİK - FOTO, VİDEO

1-05-2018, 16:35           
Bakının mərkəzində orta məktəbdə azyaşlıya qarşı VƏHŞİLİK - FOTO, VİDEO
Ötən gün Bakının mərkəzində yerləşən 189-190 saylı orta məktəbdə sinif rəhbəri 1-ci sinif şagirdini döyüb. Gundeminfo.az open.az-a istinadla xəbər verir ki, hadisə barədə uşağın valideyni Xanım Əliyeva sosial şəbəkə hesabında məlumat yayıb.

O, qızının qələminin pastasını partanın üzərinə tökdüyü üçün müəllim tərəfindən döyüldüyünü iddia edib. Valideyn qızının şəklini paylaşaraq, bu sözləri yazıb: “Məktəblərdə özbaşınalıq, rüşvət baş alıb gedir. Direktor da bunu bilir və göz yumur”.

Bu gün döyülən övladı ilə məktəbə yollanan ana müəllimdən direktora şikayət etdiyini və lazımi tədbirlərin görüləcəyini bildirib: “Müdiriyyətin yanına yaxınlaşdım və şikayətimi etdim. Hazırda qızımın alnında şiş olduğu kimi qalsa da, öz işimi gördüm. Ümidvaram ki, iş bu yerdə qalmayacaq. Bütün valideynlərə səslənib deyirəm ki, özbaşınalığın qarşısını almaq üçün övladlarınıza diqqət yetirin”.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru