"Paşinyan ermənipərəstdir" deyən Mübariz Əhmədoğlu həmin açıqlamasından DANIŞDI
2-05-2018, 23:09

Politoloq Mübariz Əhmədoğlunun bir neçə gün bundan öncə Ermənistanda aksiyalara başçılıq edən müxalifət lideri Nikol Paşinyanla bağlı verdiyi açıqlama sosisal mediada birmənalı qarşılanmadı və onun açıqlaması ironiya ilə qarşılandı.
Bununla bağlı BiG.AZ-a açıqlama verən politoloq Mübariz Əhmədoğlu belə bir söz demədiyini, Nikol Paşinyanın Levon Ter-Petrosyanın yetirməsi olduğunu qeyd etdiyini bildirib: "O, Levon Ter-Petrosiyanın yetirməsidir. Dünən Ermənistan parlamentində dinləmələr oldu. Bir zamanlar Saksiyanın mətbuat xidməti olan erməni deputatı Paşinyanın yazısını ortaya çıxardı. Həmin yazıda Paşinyan deyib ki, Ermənistan hakimiyyəti bizi aldadır, biz imkan verməyəcəyik ki, torpaqlar Azərbaycana qaytarılsın. Bundan əlavə o, vurğulayıb ki, biz öz torpaqlarımızı qırağa qoyub başqasının torpağını əlimizdə saxlamışıq. Paşinyan Levon Ter-petrasiyanın adamıdır deyə bu fikiri deyib. Paşinyan hər zaman çalşıb ki, işğal etdikləri torpaq Azərbaycana geri qaytarılsın. Bizimlə onlar arasında əlaqə yaransın. Son dövrlər də onun mövqeyinin dəyişilməsi də anlaşılandı. Erməni də külək hansı tərəfə əsirsə o tərəfə əyilirlər. Fikirləşir ki, baş nazir olmaq üçün Azərbaycanın əlehinə demək lazımdır. Baş nazir olan kimi əvvəlki fikirinə geri qayıdacaq".
Mübariz Əhmədoğlu vurğulayıb ki, Qarabağ münaqişəsində dəyişikliklər artıq başlayıb: "Mitinqdə bir nəfər Qarabağ bayrağını dalğalandırırmı? Meydana 160 min nəfər yığıldı. Bəzi ekspertlərə görə bu gün keçirilən mitinq 1988-ci ildə teatr meydanına toplanılanlardan daha çoxdur. 160 min nəfərə Qarabağ sözü deyilmir. Əgər Azərbaycanın apardığı siyasət olmasaydı ermənilər çox firəvan yaşayardı. Belə sosial partlayış olmazdı. Biz bütün gücümüzü Ermənistanı çökdürməyə qoymuşuq. Həmişə fakt qalib gəlir. Hadisələr Qarabağ məsələsinin həlli istiqamətindədir. 90-cı illərdə bizdə ayda bir dəfə hakimiyyət dəyişirdi. Sonda da torpaqlarımız işğal edildi. Ermənistanda həmin dövrdə sakitlik idi. İndi vəziyyət əksinə dəyişib. Azərbaycanda davamlı stabillikdir. Xalq prezidenti dəstəkləyir. Bu mitinqlər göstərir ki, Ermənistanda hakimiyyət tez-tez dəyişəcək. Biz necə torpaqlarımızı itirmişik eləcə də geri qaytaracağıq".