Neft ucuzlaşıb, qızıl isə 4 dollardan çox bahalaşıb

3-05-2018, 09:56           

Dünya birjalarında neft ucuzlaşıb.



"APA-Economics" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,09 dollar və ya 0,13% azalaraq 67,84 dollar təşkil edib.



ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,19 dollar ya 0,26% azalaraq 73,17 dollar təşkil edib.
-------
Amerika fond bazarında "Dow Jones" indeksi 0,72% - 24 924,98 bəndədək, "S&P 500" 0,72% - 2 635,67 bəndədək, NASDAQ isə 0,42% - 7 100,90 bəndədək ucuzlaşıb.



"APA-Economics" xəbər verir ki, Avropa fond bazarlarında "FTSE 100" indeksi 0,30% - 7 543,20 bəndədək, Almaniya DAX-ı 1,51% - 12 802,25 bəndədək, Fransa CAC-40-ı 0,16% - 5 529,22 bəndədək bahalaşıb.



COMEX-də sonuncu hərraclarda qızılın unsiyasının qiyməti 4,10 dollar artaraq 1 309,70 dollara, gümüşün unsiyasının qiyməti 0,07 dollar artaraq 16,45 dollara satılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru