Nazir Umayra Tağıyevaya yeni vəzifə verdi - "Təklif gəldi, mən də böyük məmnuniyyətlə qəbul etdim"

3-05-2018, 17:10           
Nazir Umayra Tağıyevaya yeni vəzifə verdi - "Təklif gəldi, mən də böyük məmnuniyyətlə qəbul etdim"
Umayra Tağıyeva yenidən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji təbliğat şöbəsində işə başlayıb.

“Qafqazinfo” xəbər verir ki, təyinatı ilə bağlı təəssüratını Modern.az-la bölüşən U.Tağıyeva jurnalistlərin dəstəyinə ehtiyacı olduğunu dilə gətirib:

“Təklif gəldi, mən də böyük məmnuniyyətlə qəbul etdim. Buna qədər Elmlər Akademiyasında çalışırdım. Həmin dövr mənim üçün səmərəli iş dövrü idi.

3 il ərzində iqlimşünaslıq, iqlimdəyişmələri sahəsində müəyyən tədqiqatlar apardım, məqalələrim bəzi Avropa ölkələrinin, Amerikanın jurnallarında dərc olundu. İndi təklif edilən işi qəbul etdim. Çalışacağam ki, qarşımızda duran vəzifələrin öhdəsindən layiqincə gəlim, mənə göstərilən etimadı doğruldum”.

U.Tağıyeva 3 il əvvəl məhz elmi işlərilə əlaqədar nazirlikdəki işindən ərizəsilə ayrıldığını vurğulayıb.

Qeyd edək ki, U.Tağıyeva 2015-ci ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru vəzifəsindən azad edilib. Onun yerinə Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev təyin edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru