Uşaq evindən “yük” daşıyan “Prado”nun sahibi bilindi – VİDEO

3-05-2018, 23:07           
Uşaq evindən “yük” daşıyan “Prado”nun sahibi bilindi – VİDEO
Səhiyyə Nazirliyi sosial şəbəkədə Bakı Şəhəri Baş Səhiyyə İdarəsinin tabeliyində olan 1 saylı Körpələr Evi ilə bağlı yayılan görüntüyə münasibət bildirib. APA-nın xəbərinə görə, Səhiyyə Nazirliyinin mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova bildirib ki, məsələ ilə bağlı araşdırma aparılıb.

"Araşdırma nəticəsində məlum olub ki, video görüntülər təhrif olunmuş şəkildə ictimaiyyətə təqdim olunub. Videoda açıq-aydın görünür ki, körpələr evindən ərzaq deyil, istifadə olunmuş yataq dəstləri yuyulması üçün maşına yüklənilib. Uşaq bezləri isə dəyişdirilməsi üçün körpələr evindən aparılıb”, – deyə S. Əhmədova qeyd edib.
[media=https://www.youtube.com/watch?v=9LfD4wXcUuE]
Birinci video

Criminal.az saytı bildirir ki, 1 saylı Körpələr Evindən uşaqlara məxsus əşyaların maşınlara yüklənərək aparılması ilə bağlı videonu müğənni Rəqsanənin qızı Aysun İsmayılova paylaşmışdı. Həmin videoda körpələr evindən çıxarılan əşyaların ”Toyota-Prado” markalı avtomobilə yüklənməsi yer almışdı. Direktor Nəhayət Əliyeva saytımıza açıqlamasında körpələrin ərzaqının oğurlanmasını təkzib edərək bildirmişdi ki, maşına yüklənən yataq dəstləri yuyulması üçün aparıllırmış.
Bundan sonra A.İsmayılova ikinci videonu yaydı. Həmin videoda isə bezdəyişmə əməliyatı deyil, körpələr evindən selofan paketlərdə nəyinsə harasa daşındığı aydın görünür.

Səhiyyə Nazirliyinin gecikmiş münasibətinin ilk video ilə bağlı olduğu anlaşılır və N.Əliyevanın açıqlamasının sanki təkrarırıdır. Nazirliyin açıqlamasında ikinci videoya toxunulmur.
[media=https://www.youtube.com/watch?v=3jHvwRhoxNU]
İkinci video

Onu da bildirək ki, ilk yayılmış videodakı yorğan-döşək yüklənən ”Toyota-Prado” N.Əliyevanın bacısı, qrossmeyster Rauf Məmmədovun anası Vəfa xanıma məxsusdur. N.Əliyeva özü də saytımıza açıqlamasında bunu təsdiq edib. V. Məmmədovın həyat yoldaşı isə prokurorluq sistemində yüksək vəsifə tutmuş Əhməd Məmmədovdur.

(Criminal.az)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru