DÖVLƏT XİDMƏTİNDƏKİ “AİLƏ PODRATI”nda TƏMİZLƏMƏLƏR – Yeni rəisi köhnələri qovur

4-05-2018, 01:16           
DÖVLƏT XİDMƏTİNDƏKİ “AİLƏ PODRATI”nda TƏMİZLƏMƏLƏR – Yeni rəisi köhnələri qovur
Dövlət Miqrasiya Xidmətinin (DMX) yeni rəisi Vüsal Hüseynov ciddi kadr islahatlarına başlayıb. DMX-dəki mənbələrdən virtualaz.org-a verilən məlumata görə, artıq miqrasiya nəzarəti baş idarəsinin rəis müavini Rövşən Səfərov, qanunsuz miqrasiya hallarının aradan qaldırılması idarəsinin rəisi Qüdrət Məmmədov, miqrasiya proseslərinin analizi iderəsinin rəisi Mehman Səfərov işdən çıxarılıblar.

Bundan savayı, daxili təhlükəsizlik idarəsinin rəisi və rəis müavini, qanunsuz miqrantların saxlanması mərkəzinin rəisi vəzifələrindən azad olunublar.
Qeyd edək ki, DMX ən korrupsiyalaşmış dövlət strukturlarından hesab edilirdi. Hələ 2015-ci ildə haqqin.az bu dövlət xidmətində qohumbazlıq hallarını ifşa edən “Nazirlik, yoxsa Ailə Klondaykı” başlıqlı yazı ilə çıxış etmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru