Kirayə mənzil bazarında qiymətlər niyə bahadır? (VİDEO)

27-06-2018, 00:26           

Hər il yay aylarında kirayə mənzil bazarında qiymətlər ucuzlaşsa da, bu il ciddi bir qiymət enməsi müşahidə edilmir.
Rieltorlar bunu ölkəmizə turist axınının çox olması ilə əlaqələndirirlər. Xüsusilə də şəhər mərkəzinə yaxın evləri turizm şirkətləri bir neçə aylıq kirayə götürərək, turistlərə günlük təklif edirlər. Nəticədə də evlərin kirayə qiyməti yay aylarında da dəyişməz qalır.
Rieltorlar Assosiasiyasının prezidenti Vəfadar Axundov deyir ki, əvvəlki illərdə yay aylarında mənzil bazarında durğunluq müşahidə edilirdi. İndi isə tam bunun əksinədir. Xususən də bağ evlərinə tələbat yüksək olduğundan həmin evlərin kirayə qiyməti artıb.
Rieltorlar qarşıdakı aylarda yeni dərs ilinin başlanması ilə əlaqədar mənzil bazarında qiymətlərin artacağını proqnozlaşdırırlar.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru