Polkovnik-leytenantdan yeni nazirə SƏRT İTTİHAM
27-06-2018, 15:52
[i
"Güc strukturlarının generalından tutmuş sıravi əsgərinə kimi pensiya və təqaüdçüləri Silahlı Qüvvələr Günü ərəfəsində gözləyirdilər ki, səbirsizliklə gözlədikləri, halal təqaüdləri onların hesablarına köçürüləcək. Amma, siz hərəkətlərinizlə özünüzü sadəcə qınaq hədəfinə gətirdiniz”.
Yeniavaz.com xəbər verir ki, bu fikirləri hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov sosial şəbəkədəki səhifəsində bildirib.
Üzeyir Cəfərov pensiyaların hesablara köçürülməməsi ilə bağlı daha sonra bunları qeyd edib:
"Dünən Bayram tədbirləri ilə əlaqədar keçmiş zabit və gizirlərdən, əsgər və çavuşlardan kimi gördümsə, kiminlə telefonda danışdımsa, hamısı çox üzgün və narazı halda içi mən qarışıq olmaqla belə münasibətə od püskürürdülər. Siz də gec-tez pensiyaya və təqaüdə çıxacaqsınız və biləcəksiniz ki, əksəriyyəti öz gündəlik həyat və fəaliyyətini o sizin yüksək məvacibinizin yanında qəpik-qupuş olan maliyyə ilə yola verən insanlar sizin məsuliyyətsizlik göstərməniz ucbatından əsəb və stress keçirirlər. Cəmiyyətin bu katerqoriyasından olan insalarla bir qədər sayğılı və diqqətli, ehtiyatlı davranın. Onların qanuni hüquqlarına hörmət göstərin. Dünən saytlar və onlayn media resursları vasitəsi ilə bir xəbəri təkrarlamaqla, bizlərə demək istəyirdilər ki, pensiyaların gecikdirilməsinə səbəb var. Bir daha deyirəm, qanun geriyə heç vaxt şamil olunmur. Siz insanların aylıq pensiya təminatını həyata keçirin, sonra isə hansısa iş görmək istəmək görüntüsünü yaradın"