Özəl qəbiristanlıq yaradılıb - Qəbir yerləri neçəyədir? - VİDEO

8-07-2018, 19:46           

Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq massivi deyilən ərazidə özəl qəbiristanlıq fəaliyyət göstərir.

Hurriyyet.org-un məlumatına görə, sakinlər iddia edirlər ki, bu qəbiristanlıq sahibkara məxsusdur və burada dəfn xərcləri dövlət və bələdiyyə məzarlıqlarından xeyli bahadır.

Məhəmməd adlı bir şəxs isə iddia edir ki, bu məzarlıqda qəbir yerləri üçün konkret qiymətlər qoyulub.Qəbiristanlığın sahibi kimi adı hallanan Hacı Balağa adlı şəxs ilə də əlaqə saxladıq. O, qəbiristanlığın ona yox, başqasına məxsus olduğunu bildirsə də, burada məzar yerinin pullu olduğunu təkzib etmədi.

Bakı Şəhəri Əhaliyə Vətəndaşlıq Xidməti Trestindən "Xəzər Xəbər"ə bildirdilər ki, Hövsan qəsəbəsində yalnız Dədə Qorqud qəbiristanlığı onların balansındadır. Suraxanı Rayon İcra Hakimiyyətindən isə məlumat verildi ki, sözügedən qəbiristanlıq nə onların, nə də ərazi bələdiyyəsinin tabeçiliyindədir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru