"Mən nə qəzet oxuyuram, nə də sayt" - Qubanın icra başçısından ilginc açıqlama

9-07-2018, 18:12           
"Mən nə qəzet oxuyuram, nə də sayt" - Qubanın icra başçısından ilginc açıqlama
Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev"Quba Palace Hotel”də baş verən kanat qəzasına qəribə reaksiya verib.

Mia.az xəbər verir ki, icra başçısı Bizimyol.info-ya açıqlamasında qəzet və sayt oxumadığını bildirib.

"Siz bu haqda məlumat almaq istəyirsiniz? Mən nə qəzet oxuyuram, nə də sayt. Qısası budur…Qardaş, mən qəzet oxumuram. Nə baş verirsə mən də camaat kimi televiziyadan məlumat alıram”, – deyə icra başçısı bildirib.

Jurnalist bir daha Qubada kanatda baş verən hadisəni xatırladaraq "Bu barədə məlumatlısınızmı, hadisə hansı səbəbdən baş verib” sualına icra başçısı "aha…aha…” deyə cavab verib, daha sonra isə dəstəyi asıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.