Qubad İbadoğlundan Türkiyədəki böhranla bağlı açıqlama: " Dəvət etsələr, durduraram"

12-08-2018, 17:47           
Qubad İbadoğlundan Türkiyədəki böhranla bağlı açıqlama: " Dəvət etsələr, durduraram"
Musavat.com xəbər verir ki, Azərbaycanın iqtisadçı alimi Qubad İbadoğlu Türkiyədəki böhranla bağlı özünün fikirlərini açıqlayıb. Azərbaycanlı alimin fikrincə, sürətli tədbir görülməsə, Türkiyə iqtisadiyyatı yaxın günlərdə çökəcək.

Qubad İbadoğlu yazır: " Türkiyədə lirənin sürətlə dəyər itirməsinin başlıca səbəbi maliyyə-kredit və bank siyasətinin düzgün qurulmaması və çevik iqtisadi qərarların gecikdirilməsi ilə bağlıdır. Əgər rəsmi dəvət alsam, qardaş ölkənin iqtisadiyyatını böhrana doğru gedən yoldan geri qaytarmağa töhfə verə bilərəm. Əks təqdirdə, siyasi bəyanatlar dayandırılmazsa, eləcə də adekvat iqtisadi qərarlar qəbul olunmazsa yaxın 10 gündə Türkiyə iqtisadiyyatı çökə bilər. Türkiyənin zəifləməsi bütövlükdə bölgənin maraqlarına, ayrılıqda isə Azərbaycanın mənafeyinə uyğun deyil".

Göründüyü kimi, Q. İbadoğlu bu problemin həllində Türkiyəyə öz köməyini də təklif edir.

Musavat.com












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru