Azərbaycanda 5 min ailəyə qurban payı paylandı - FOTO

26-08-2018, 18:19           
Azərbaycanda 5 min ailəyə qurban payı paylandı - FOTO
Ülkü Ocaqlarının Azərbaycan nümayəndəliyi və Avropa Türk Konfederasiyasının təşkilatçılığı ilə həyata keçirilən "Qurban bayramı - 2018" layihəsi çərçivəsində Azərbaycanda ümumilikdə 5 min aztəminatlı ailəyə qurban payı göndərilib.

İnterpress.az xəbər verir ki, sözügedən təşkilatların maddi dəstəyi ilə həyata keçirilən "Qurban bayramı - 2018" layihəsi çərçivəsində respublikanın cəbhəyani bölgələrində yaşayan aztəminatlı ailələrlə yanaşı, Tərtər, Şamaxı, Biləsuvar, Cəlilabad, Quba, Bakı, Sumqayıt şəhərlərində, eləcə də Şamaxının Mədrəsə və Bakının Mərdəkan qəsəbələrində yaşayan aztəminatlı ailələr qurban payı ilə sevindirilib.

Qeyd edək ki, "Qurban bayramı - 2018" layihəsi çərçivəsində xeyriyyə kampaniyası Ülkü Ocaqları təşkilatının rəhbəri, Türkiyə Böyük Millət Məclisinin üzvü Olcay Kılavuz, Avropa Türk Konfederasiyasının rəhbəri, Türkiyə Böyük Millət Məclisinin üzvü Cemal Çetin, Almaniya Türk Federasiyasının rəhbəri Şentürk Doğruyolun birgə maddi dəstəyi ilə həyata keçirilib.
















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru