8 yaşlı qızdan nadir tapıntı: 1500 il öncəyə aid... - Foto

6-10-2018, 07:15           
8 yaşlı qızdan nadir tapıntı: 1500 il öncəyə aid... - Foto
İsveçdə Saqa Vanacek adlı 8 yaşlı qız Tanno yaşayış massivi yaxınlığında gölün kənarında 1500 il öncəyə aid olduğu ehtimal edilən qılınc tapıb.

Kult.az xəbər verir ki, Vanacek yerli mediaya açıqlamasında tapdığı əşyanın əvvəlcə dəyənək olduğunu təxmin etdiyini deyib.

“Əvvəlcə onun dəyənək olduğunu düşündüm. Lakin diqqətlə baxdığımda qılınc tapdığımın fərqinə vardım. Daha sonra bu barədə atama dedim”, - deyə qızcığaz bildirib.

Vanacekin atası Andi qızının tapdığı qılıncın öncə oyuncaq olduğunu zənn etdiyini bildirib:

“Tarix və arxeologiya ilə maraqlanan qonşuya bu qılıncı göstərdikdən sonra bu barədə rəsmi orqanlara məlumat vermək qərarına gəldim”.

Qeyd edək ki, arxeoloqlar bu qılıncın Vikinq dönəmindən də öncəyə aid olduğu qənaətindədirlər.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru