Aytən bağlanan verilişlər haqda: - "Belə lazım idi"

12-10-2015, 14:52           
Aytən bağlanan verilişlər haqda: - "Belə lazım idi"
Aparıcı Aytən Səfərova son günlər MTRŞ tərəfindən verilişlərə qoyulan qadağalara münasibət bildirib.

Axşam.az-ın məlumatına görə, o, proqramların haqlı yerə bağlandığını vurğulayıb:

“O “şokşok şokkuldadan” verilişləri yığışdırmaq lazım idi. Heç birinə əvvəldən axıra kimi baxmamışam. Bunu intellektimə, dünyagörüşümə təhqir kimi qəbul etmişəm. Yalançı səhnəciklər, həyatda heç nəyə nail olmayan, amma camaata “böyük başla” ağıl verən "ekspertlər", “timsah göz yaşları”, sünilik, şitlik, bayağılıq, düşük, ağlamalı musiqilər... Biri var Malaxov (rusiyalı aparıcı - red.) kimi deputat gətirib, otuzdurub, problemi real həll etməyi bacaran kimisi. Biri də var serial... Camaatı ekran qarşısında saxlayıb, acı bağırsaq kimi hər şeyi uzadıb, sabun köpüyü kimi şişirdirlər”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru