Daha bir müğənninin deputatlıq arzusu; "Bacımı millət vəkili kürsüsündə görmək istəyirəm" -

13-10-2015, 20:20           
Daha bir müğənninin deputatlıq arzusu; "Bacımı millət vəkili kürsüsündə görmək istəyirəm" -
Milli Məclisə seçkilər ərəfəsində xalq artisti Fidan Qasımova arzusunu dilə gətirdi.

Gecce.az açıqlama verən xalq artisti bacısı Xuraman Qasımovanı millət vəkili kürsüsündə görmək istədiyini bildirdi:

“Mən özüm deyil, amma bacımın millət vəkili olmasını istərdim. Bizi çox insanlar tanıyır, SSSR xalq artistiyik. Xuramanın deputat olmasını istərdim, çünki o məndən gəncdir, potensialı var. İnsanlarla ünsiyyət yarada bilər. Ən başlıcası isə, Xuraman xalqın sevimli sənətkarıdır. Özünə də deyirəm ki, "səni siyasətçi görmək istəyərəm". Bilirəm ki, bacım sıradan bir insan deyil və həyata özünəməxsus baxışları var. Amma bu ilki Parlament seçkilərində iştirak etməyəcək. Bu, sadəcə mənim arzumdu, dilə gətirdim. Növbəti seçkilərdə qatılıb-qatılmayacağı barədə özü yəqin qəti qərar verər".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru