Kamran Həsənlinin də verilişi bağlandı

15-10-2015, 15:29           
Kamran Həsənlinin də verilişi bağlandı
ANS telekanalında ötən gün keçirilən yaradıcılıq iclası daha bir verilişin yayımının dayandırılması ilə nəticələnib.

"Qafqazinfo" publika.az-a istinadən xəbər verir ki, Kamran Həsənlinin “Axşam-axşam” verilişi efirdən yığışdırılıb. Əldə etdiyimiz məlumata görə, aparıcı ilə ANS telekanalı yollarını ayırmaq qərarına gəlib.

Xatırladaq ki, Kamran Həsənli son bir il ərzində 3 layihə dəyişib. Əvvəlcə “Günəbaxan”, daha sonra isə “Rövşanə ilə bazar səhəri” verilişində aparıcılıq edib. Yeni mövsümdən o, ANS telekanalında “Axşam-axşam” adlı veriliş aparırdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru